Bakıda 7 evdən oğurluq edilib. Bu barədə DİN aprelin 18-də məlumat verib. Hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.
Hadisəni törətməkdə şübhəli bilinən T. Baradov saxlanılıb.
Digər əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik satan şəxslər saxlanılıblar. Paytaxt sakini Ruslan Melnik tutulub.
Onun üzərindən 1 büküm heroin aşkar edilib. Həmin şəxs ifadəsində narkotik vasitələri Binə qəsəbəsində Zahir və Mahmud adlı şəxslərdən aldığını bildirib.
Zahir Əmralıyev və Mahmud Dəmirçiyev tutulublar. Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Video: YouTube Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi