top
Din xadimləri üçün təlimlər keçiriləcək
30 iyul 2024, 05:36
- ↺ +

Din xadimləri üçün təlimlər keçiriləcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Din xadimlərinin ümumi hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlər keçiriləcək. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 30 iyul tarixində xəbər verir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov imam kimi fəaliyyət göstərən ilahiyyatçı alimlərlə görüşündə açıqlayıb.

Komitə sədri görüşdə dövlət tərəfindən milli-mənəvi dəyərlərin, tolerant mühitin qorunub-saxlanılmasına, dini abidələrin təmir və bərpasına göstərilən həssas münasibətə diqqət çəkib. Bildirib ki, qarşıda duran əsas hədəf və məqsədlərdən biri bu ənənəni yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır:

"Milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, maarifləndirmə işinin yüksək səviyyədə həyata keçirilməsində din xadimlərinin, xüsusilə ilahiyyatçı alimlərin üzərinə böyük vəzifə düşür. Onların ali və ya orta dini ixtisas təhsilli, yüksək dünyagörüşünə malik, Azərbaycançılıq ideologiyasına bağlı olmaları olduqca önəmli məqamdır".

R.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunda İslamda vəhdəti təbliğ və təşviq edən, məzhəb ayrı-seçkiliyinə yol verməyən milli kadrların hazırlanmasını, eyni zamanda din xadimlərinin müsahibə yolu ilə seçilərək fəaliyyət göstərmələrini bu sahədə mühüm addım kimi dəyərləndirib. Bütün bunların nəticəsində cəmiyyətdə din xadimləri barədə formalaşan stereotiplərin dəyişilməsinə baxmayaraq, hələ də din xadimlərinin ümumi hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərə ehtiyac olduğunu və bu səbəbdən Dövlət Komitəsi tərəfindən təlimlərin keçiriləcəyini deyib.

Qeyd edək ki, görüşdə iştirak edən ilahiyyatçı alimlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibədə uğur qazanaraq, Yasamal rayonu “İlahiyyat”, “Hacı Cavad”, Xəzər rayonu “Qala” və Abşeron rayonu Xırdalan şəhər məscidlərində imam kimi fəaliyyət göstərirlər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:09

Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib

Cəmiyyət
Bu gün, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Bu gün, 14:03

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Cəmiyyət
Bu gün, 13:26

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Cəmiyyət
Bu gün, 13:07

Vaqif Mustafazadənin qızı Paris Operasından ekranlara - FOTO

Cəmiyyət
Bu gün, 12:56

Sabah Bakıda hava yağmursuz olacaq

Cəmiyyət
Bu gün, 12:45

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib

Cəmiyyət
Bu gün, 12:30

DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib - VİDEO

Cəmiyyət
Bu gün, 12:24

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Cəmiyyət
Bu gün, 12:19

Kiyev yaxınlığında münaqişə: Petropavlovskaya Borşaqovkada nə baş verib?

Cəmiyyət
Bu gün, 12:17

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Cəmiyyət
Bu gün, 12:00

Özəl təyyarələrlə uçuş nə dərəcədə təhlükəsizdir?- SON iki günün ən çox müzakirə olunan mövzusu

Siyasət
Bu gün, 11:38

Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:21

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:05

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub

Cəmiyyət
Bu gün, 09:48

Nepalda iki turist helikopteri havada toqquşaraq yerə çırpılıb: bir nəfər ölüb - VİDEO

Cəmiyyət
Bu gün, 09:45

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Cəmiyyət
Bu gün, 09:31

15 yaşlı qızı aldadıb təcavüz etdi - Video çəkib hədələdi

Cəmiyyət
Dünən, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Dünən, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Dünən, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Dünən, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Dünən, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Oxşar xəbərlər