Cari ilin əvvəlindən may ayının 1-dək Azərbaycan Dövlət Neft Fondunun Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirləri açıqlanıb.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə AÇG üzrə gəlirlər 2 dəfədən çox artaraq 2,9 milyard dollara yaxın olub. Şahdəniz yatağı üzrə gəlirlər isə 10 dəfəyə yaxın artaraq 405,5 milyard dollara yaxın təşkil edib. Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlir isə 97 milyard manata yaxın olub.