15 may 2022-ci il tarixində Dövlət qulluğunda inzibati rəhbər vəzifələr (A növü) üzrə test imtahanı keçiriləcək. Bu haqda aprelin 18-də DİM məlumat yayıb.
Qeydiyyat 13 may saat 11:00-dək aparılacaq.
İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır.
Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.