Avqustun 4-də Xəzər dənizinin cənubunda Lənkəran reydində Dövlət Sərhəd Xidmətinin(DSX) sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bərkidilmiş şübhəli bağlama aşkarlanıb. Bu barədə DSX 10 avqust tarixində məlumat yayıb.
Bağlamaya keçirilən baxış zamanı içərisində 20 ədəd kiçik hissələrə bölünmüş şəkildə ümumi çəkisi 21 kiloqramdan çox tiryəkə bənzər narkotik vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma başlanılıb.
Cari ilin iyun və iyul ayları ərzində DSX tərəfindən ümumilikdə 239 kiloqram narkotik vasitə və 920 ədəd narkotik tərkibli dərman preparatları dövriyyədən çıxarılıb.