Bakıda qəza törədən xanım sürücünün hadisə yerindən yayındığı bildirilir. Bu barədə İnsanoid Avtosfer.az-a istinadən bu gün, 29 iyul tarixində məlumat verir.
Zərərçəkmiş sürücü başına gələn hadisənin görüntülərini videoya çəkib.
99-RL-370 qeydiyyat nişanlı VAZ markalı avtomobilin sürücüsünün 77-GH-786 qeydiyyat nişanlı KIA markalı avtomobili arxadan vurduğu iddia olunur. Lakin xanım sürücü qəza törətmədiyini bildirərək, hadisə yerindən yayınmağa çalışıb.
Zərərçəkən sürücü onun videosunu qeydə alan zaman xanım sürücü nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.
Qeyd edək ki, qəzaya səbəb olan xanım sürücünün Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilir.
Sözügedən videonu təqdim edirik: