top
DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib
31 iyul 2025, 06:44
- ↺ +

DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Apa.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, Azərbaycana işgüzar səfərə gəldiyini bildirib: "Azərbaycanın su infrastrukturuna yatırım etməyə gəlmişdim. Ölkəyə gəlməyimin ikinci günündə DTX-nin inzibati binasında ifadə verdim. Mən passiv korrupsiya və cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırmada iştirakda günahlandırılıram. Baş vermiş hadisə ilə bağlı deyə bilərəm ki, 2022-ci ilin oktyabr ayında Fərhad Əhmədovun ofisi tərəfindən mənə müraciət olunub. Onun yoldaşından boşanması ilə əlaqədar London Məhkəməsi tərəfindən əmlaklarının dondurulmasına qərar verilmişdi. Ona görə Fərhad Əhmədov 500 milyon dəyərində yaxtasının illik xərcinin 16 milyon dollardan hesablanması ilə bağlı və digər hüquqi məsələləri həll etmək üçün mənə müraciət edib. Mənim konsultant olaraq fəaliyyətimi eşidib mənimlə əlaqəyə keçib. Həmin dövrdə mən "Viola" şirkəti ilə bir neçə milyardlıq layihələri idarə edirdim. Hamı məni çox çətin məsələləri düzgün şəkildə idarə edə bilmə bacarığıma görə tanıyırdı. Fərhad Əhmədovla müqavilələr imzalaşmışdıq, mən onlara hüquqi müstəvidə yardım edəcəkdim. Fərhad Əhmədov mənə işlərini görməyim üçün etibarnamə də təqdim etmişdi. Xahiş edirəm onu iş materiallarına da əlavə edəsiniz".

Məhkəmədə həmin sənədin iş materiallarına əlavə olunduğu bildirilib.

A.Derraz ifadəsinin davamında bildirib ki, həmin etibarnaməyə əsasən F.Əhmədovun "Luna" adlı yaxtası ilə bağlı məsələlərdə strateji məsləhətçisi olub: "Mən strateji məsləhətçi və komandaya liderlik göstərərək, F.Əhmədov adından yaxta ilə bağlı prosedurları həyata keçirmişəm. Vəzifəm hüquqi prosedurlara nəzarət idi ".


A.Derraz onu da deyib ki, ittihamlara tək-tək cavab vermək istəyir: “Öncədən qeyd etdiyim avansın məbləği 200 min dollar idi. Əgər dondurmanı aradan qaldırmağı bacarsaydım, o mənə 2 milyon dollar ödəməli idi. Bu rəqəmi 500 milyon dollarlıq aktivlə müqayisə edirdik. Tez bir zamanda problemi aradan qaldırmağa çalışırdıq. Çünki texniki səbəblərə görə, yaxtanın dəyəri hər gün düşürdü. Müqavilə imzalanarkən Benalla isə həmin vaxt artıq Fransa Prezidenti Makronun administrasiyasından qovulmuşdu və Fransada Benalla haqda araşdırma aparılırdı. Mənə Benalla haqda Fərhad Əhmədov bildirmişdi ki, yoldaşı ilə bağlı məsələlərə Benalla dəstək olub və işində professionaldı, Dubayda da yaxşı əlaqələri var. F.Əhmədov da bunu ifadəsində göstərib. Mən də sadəcə, Fərhad Əhmədovla çalışmış, onlara yardım etmişəm, məlumat vermişəm".

İş materiallarına əlavə olunmuş sənədlərin ingilis dilindən tərcümə olunması üçün proses təxirə salınıb.

Növbəti proses sentyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.

Məlum olmayan formada istintaqın əlinə keçən A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.

Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından beş il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Cəmiyyət
Dünən, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Siyasət
Dünən, 16:02

Hikmət Hacıyev: "İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi"

Siyasət
Dünən, 15:36

Hikmət Hacıyev: "Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir"

Cəmiyyət
Dünən, 14:09

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Cəmiyyət
Dünən, 14:04

Ceyhun Bayramov: "Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır"

Cəmiyyət
Dünən, 13:50

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Cəmiyyət
Dünən, 13:40

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Cəmiyyət
Dünən, 13:05

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib

İdman
Dünən, 13:01

"Qızıl top"-2026: Keyn Mbappe və Yamala qarşı – dünyanın ən yaxşı futbolçusu kim olacaq?

Cəmiyyət
Dünən, 12:54

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Siyasət
Dünən, 12:16

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Siyasət
Dünən, 11:25

Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Cəmiyyət
Dünən, 11:07

Azərbaycanlı məmur Everestə qalxıb

Cəmiyyət
Dünən, 10:53

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır

Cəmiyyət
Dünən, 09:57

Vuçiç parlament seçkilərində tələbə hərəkatına məğlub olduğunu etiraf etdi

Cəmiyyət
Dünən, 09:52

Böyük Britaniyada fırtına nəticəsində iki nəfər ölüb, 90 min ev elektriksiz qalıb

Cəmiyyət
Dünən, 09:49

Fransada yüz minlərlə insan küçələrə çıxdı: 1314 nəfər saxlanıldı, yeni ümummilli tətil hazırlanır

Cəmiyyət
Dünən, 09:36

Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq

Kriminal
Dünən, 09:35

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 26 oktyabr

Siyasət
25 oktyabr 2026, 18:22

Ərdoğanın baş müşaviri Oqtay Saral istefa verir? Türkiyə mediasında yeni iddia

Cəmiyyət
25 oktyabr 2026, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Oxşar xəbərlər