Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək. Bu barədə 18 aprel tarixində Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Məlumata əsasən, Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər.
Qeyd olunub ki, sözügedən tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir.