Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fəaliyyəti Tehranda yenidən bərpa edilən Azərbaycanın İrandakı səfirliyini ziyarət edib.
Bu barədə 31 iyul tarixində Report Nazirlər Kabinetinə istinadən məlumat verib.
Bildirilib ki, Ə.Əsədov Səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və Səfirliyin heyəti ilə söhbət edib.
Qeyd edək ki, iyulun 15-də Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.