top
Elmira Rəhimovanın doğum günüdür
12 avqust 2025, 23:11
- ↺ +

Elmira Rəhimovanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xalq artisti Elmira Rəhimova 1941-ci il 13 avqust tarixində Bakıda anadan olub. Paytaxtdakı 8 nömrəli orta məktəbdə təhsil alıb. Kiçik yaşlarından hind musiqisinə vurğun olub.

E.Rəhimova 1955-ci ildən M.Maqomayev adına Mahnı və Rəqs Ansamblının solisti kimi tanınıb. 1965-ci ildə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda Seyid Şuşinskinin sinfini, daha sonralar isə Azərbaycan Dövlət Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib.

Elmira Rəhimovanın repertuarına Azərbaycan xalq mahnıları, təsniflər, bəstəkar mahnıları daxildir. Ən maraqlı və həyatının unudulmaz anlarından biri 1957-ci ildə Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə bu ölkəyə getməsi, üç il orada klassik hind rəqs sənətini mənimsəməsidir.

Xatirələrin birində istedadlı müğənni bildirir ki, ifasında Azərbaycan mahnılarını dinləməyi çox sevən Cəvahirləl Nehru bayram günlərində onu da rəsmi ziyafətlərə dəvət edərmiş. O, hətta bu azərbaycanlı qızı “Miradi” - deyə çağırarmış (“Mira” hindcə, “sənət ilahəsi” deməkdir).

Elmira Rəhimovanın istər yaradıcılığında, istərsə də həyatında Hindistanla mədəni əlaqələrin mühüm rolu olub. 1961-ci ildə yenidən Hindistana dəvət olunmuş müğənni oradan qayıtdıqdan sonra müxtəlif musiqi ansambllarında çıxış edib.

Elmira Rəhimova Hindistanda Baş nazir Cəvahirləl Nehru, onun qızı İndira Qandi, eləcə də məşhur kino ulduzları Raç Kapur, Qopal, Nərgiz və digər tanınmış simalarla tanış olub.

Hindistan şahzadəsinin ona elçi düşməsi isə o dövrdə Azərbaycanda səs-küyə səbəb olmuşdu. Amma onda Elmira Rəhimova öz vətənində - Azərbaycanda ailə qurmağa üstünlük verib.

E.Rəhimova Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. Onun ifa etdiyi “Ana laylası”, “Küsüb məndən”, “Sənin gülüşlərin”, “Mən anayam” kimi mahnıları müğənniyə əbədi şöhrət qazandırıb.

1967-ci ildə respublikanın Əməkdar, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Elmira Rəhimova 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. Sənətçi dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından beş il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Cəmiyyət
Dünən, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Siyasət
Dünən, 16:02

Hikmət Hacıyev: "İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi"

Siyasət
Dünən, 15:36

Hikmət Hacıyev: "Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir"

Cəmiyyət
Dünən, 14:09

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Cəmiyyət
Dünən, 14:04

Ceyhun Bayramov: "Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır"

Cəmiyyət
Dünən, 13:50

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Cəmiyyət
Dünən, 13:40

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Cəmiyyət
Dünən, 13:05

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib

İdman
Dünən, 13:01

"Qızıl top"-2026: Keyn Mbappe və Yamala qarşı – dünyanın ən yaxşı futbolçusu kim olacaq?

Cəmiyyət
Dünən, 12:54

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Siyasət
Dünən, 12:16

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Siyasət
Dünən, 11:25

Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Cəmiyyət
Dünən, 11:07

Azərbaycanlı məmur Everestə qalxıb

Cəmiyyət
Dünən, 10:53

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır

Cəmiyyət
Dünən, 09:57

Vuçiç parlament seçkilərində tələbə hərəkatına məğlub olduğunu etiraf etdi

Cəmiyyət
Dünən, 09:52

Böyük Britaniyada fırtına nəticəsində iki nəfər ölüb, 90 min ev elektriksiz qalıb

Cəmiyyət
Dünən, 09:49

Fransada yüz minlərlə insan küçələrə çıxdı: 1314 nəfər saxlanıldı, yeni ümummilli tətil hazırlanır

Cəmiyyət
Dünən, 09:36

Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq

Kriminal
Dünən, 09:35

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 26 oktyabr

Siyasət
25 oktyabr 2026, 18:22

Ərdoğanın baş müşaviri Oqtay Saral istefa verir? Türkiyə mediasında yeni iddia

Cəmiyyət
25 oktyabr 2026, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Oxşar xəbərlər