top
Emin Ağalarov: Övladlarım hansı sahəni seçirlərsə, onlara dəstək olmağa çalışıram - MÜSAHİBƏ
20 may 2025, 11:14
- ↺ +

Emin Ağalarov: "Övladlarım hansı sahəni seçirlərsə, onlara dəstək olmağa çalışıram" - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Azərbaycanın xalq artisti, iş adamı Emin Ağalarovun qızı - Əminə Əliyeva kunq-fu üzrə dünya çempionu olub.

Media.Az-a eksklüziv müsahibə verən Emin Ağalarov qızının qələbəsi ilə bağlı duyğularını bölüşüb, onun çempionluq yolunda, arzularında necə dəstəkləməsindən danışıb.

- Əminənin kunq-fu üzrə dünya çempionatında qələbəsi münasibətilə sizi təbrik edirəm. Biz onunla çox fəxr edirik. Bu, qız üçün çox çətin idman növüdür. Deyə bilərsiniz, o, nə qədər vaxtdır məşq edir? Onun üçün kim nümunə oldu?

- Övladlarım hansı sahəni seçirlərsə, mən onlara dəstək olmağa çalışıram. Yadınızdadırsa, Alışka (Əli Ağalarov – müəllif) nə vaxtsa musiqi ilə məşğul olurdu. Biz isə onun musiqi yaradıcılığı ilə çox maraqlandıq. Əminə isə bir il yarım-iki il əvvəl kikboksinq və taekvondo ilə maraqlanmağa başlayıb. Düşünürəm ki, o, həqiqətən də bundan zövq alır, bu, stresdən azad olmağa kömək edir. Ümumiyyətlə, idman bir intizamdır, çox faydalıdır.

Bir neçə ay əvvəl o, tezliklə təlim-məşq toplanışlarının olacağını və beynəlxalq yarışlarda iştirak etmək istədiyini demişdi. İlk reaksiyam belə oldu: "Bəlkə də yox". Axı o, qızdır, mən özüm boksla məşğul olmuşam və bunun nə qədər travmatik olduğunu başa düşürəm. Amma o, bunu çox bəyəndiyini və sınamaq istədiyini söylədi. Mən cavab verdim ki, əgər o qərar versə, buyursun, amma başa düşməlidir ki, bu, ciddi məşqlər tələb edir və bu o demək deyil ki, sadəcə gedib medallar qazanacaqsan.

- Çox məşq etdi...

- Son bir neçə aydır ki, peşəkar məşqçi ilə gündə iki dəfə 2-3 saat məşq edir. O, Türkiyədə təlim-məşq toplanışına gedib, sonra buraya qayıdıb, məşqlərini davam etdirib və ondan sonra çempionata yollanıb.

- … və qızıl qazandı.

- Bəli, kadrları görmüsünüzsə, birinci və ikinci döyüşlərində, o cümlədən titul uğrunda mübarizədə rəqiblərinə nəfəs almağa imkan vermirdi, hər an hücuma keçirdi. Mən çox xoşbəxtəm və fəxr edirəm. Əlbəttə, bunlar Olimpiya Oyunları deyil, lakin bu, onun ilk şəxsi qələbəsidir. Mən onunla çox fəxr edirəm. Dünən onu hava limanında qarşıladım. Orada onu başqa çempionlar, medalçılar, musiqiçilər qarşıladılar... Bu, onun üçün çox vacib idi, çünki o, kifayət qədər təvazökar, sakit və səssiz uşaqdır, müsahibə vermir. Dünən isə onun üçün əsl ulduz saatı idi və məncə, o bunun öhdəsindən layiqincə gəldi. Onu evə apardım, oturduq, düşünürəm ki, o məşqlərinə davam edəcək. Davam etmək istədiyi müddətcə anası və mən ona dəstək olacağıq.

- O, indicə müsahibə zamanı dedi ki, növbəti arzusu Olimpiya Çempionu olmaqdır.

- Olimpiya Oyunlarına getmək üçün bütün seçmə mərhələlərini keçməli və bir çox tələbləri yerinə yetirməlisən. Sizi əmin etmək istəyirəm ki, onun bu yarışlara səfərində nə mən, nə də anası iştirak etməmişik. Təbii ki, biletlərin alınmasında və səfərin təşkilində köməklik etdik. Ancaq bu, məşqçisi tərəfindən dəstəklənən tamamilə onun təşəbbüsü idi. Məşqçisi ona rəhbərlik edirdi və bu, tamamilə onun qərarı idi. Qələbəni isə ümumi şərtlər daxilində qazandı, bu da məni xüsusilə sevindirir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Bu gün, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Bu gün, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Bu gün, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Bu gün, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Bu gün, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Bu gün, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Bu gün, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Bu gün, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Bu gün, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Bu gün, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Bu gün, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Bu gün, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Bu gün, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Bu gün, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Bu gün, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Bu gün, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Bu gün, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Bu gün, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Bu gün, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Bu gün, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından altı il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Oxşar xəbərlər