Təhsil naziri Emin Əmrullayev basketbol federasiyasının yeni prezidenti seçilib. Bu, dekabrın 14-də Azərbaycan Basketbol Federasiyasının növbədənkənar hesabat-seçki konfransında bildirilib.
O, növbəti 4 ildə ABF-ə rəhbərlik edəcək. Qeyd edək ki, 1999-cu ilin dekabrından federasiyaya Nadir Nəsibov rəhbərlik edirdi.