Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının baş direktoru Bədr Əl Bədr ilə görüşüb. Bu barədə Report 10 dekabr tarixində məlumat verib.
Keçirilən görüşdə Azərbaycanın neft-qaz yataqları, “yaşıl enerji” potensialı, sahəyə özəl investisiyaların cəlbi məqsədi ilə hərracların keçirilməsi və digər strateji hədəflər müzakirə olunub.