Ermənistan Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqelərini atəşə tutub. Bu barədə 14 sentyabr tarixində Müdafiə Nazirliyi məlumat yayıb.
Sentyabrın 14-ü saat 14:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, - məlumatda qeyd olunub.