Erməni general Bakı Hərbi Məhkəməsində Azərbaycan Ordusuna qarşı döyüşdüyünü etiraf etdi
Azertag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə Ermənistan ordusunun general-mayoru Davit Manukyan Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib.
O, üzərində və evində aşkarlanan odlu silahların Ermənistan Polis İdarəsində qeydiyyatda olduğunu, həmçinin 44 günlük müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sı ilə vurulduğunu bildirib.
Məhkəmədə Ermənistanın hərbi təcavüzü nəticəsində törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlər üzrə istintaq davam edir. Təqsirləndirilən şəxslərdən Davit Allahverdiyan isə ilkin istintaqda bütün suallara cavab verdiyini və ona qarşı münasibətin insani və ədalətli olduğunu qeyd edib.
![]()