Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiəti ilə İrəvandan gələn ambulans karvanı Ermənistandan Xankəndiyə gedib.
Bu barədə 26 sentyabr tarixində APA xəbər verib.
Təcili tibbi yardım maşınları Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsindən keçib, Xankəndiyə doğru hərəkət edib. Karvanda 20-dək maşın olub.
Dünən Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış nəticəsində yaralanmış şəxslər həmin təcili tibbi yardım avtomobilləri ilə Ermənistana aparılacaqlar.
[gallery link="file" size="full" ids="132647,132646,132645"]