Dekabrın 23-ü Moskva-Bakı və Kazan-Bakı reysləri ilə uçan iki həmyerlimiz təyyarədə vəfat edib. Bu barədə 25 dekabr tarixində Qafqazinfo portalı xəbər verib.
Məlumata görə, hər iki şəxs onkoloji xəstəlikdən əziyyət çəkib. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.