Füzulidə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “İnnovasiya Festivalı” keçirilib. Bu barədə 8 dekabr tarixində Nazirliyin rəsmi səhifəsində məlumat verilib.
Sərgidə “Aqroservis” ASC-nin müasir innovativ texnikaları nümayiş olunub. Tədbirdə rotorlu otbiçən hidravlik, daş xırdalayan, gübrəsəpən 800 lt, aqrodron, aqro-robot, yem konteyneri, feremonlu tələ, “Axınlı Şan” tipli bal arısı yeşikləri, həmçinin raps, kinoa, amarant, maralfalfa kimi alternativ yem bitkilərinin təqdimatı keçirilib.
Festivalın ölkənin digər regionlarında da davam etdiriləcəyi nəzərdə tutulur.