top
“Face studio”nun sahibi uşağını anasından aldadaraq alıb?
21 iyun 2025, 03:37
- ↺ +

“Face studio”nun sahibi uşağını anasından aldadaraq alıb?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir müddət əvvəl “Face studio” gözəllik salonlarının və paytaxtdakı bəzi restoranların sahibi, iş adamı Rüfət Badirov rəssam olan həyat yoldaşı Fidan Həsənovadan boşanıb.

Manset.az xəbər verir ki, tərəflərin ailə münasibətləri başa çatsa da, 5 yaşlı oğullarına görə məhkəmə çəkişməsi davam edir.

Belə ki, mediasiya mərhələsində barışıq sənədi imzalayan F.Həsənova övladının ondan alınmasına dair sənəddə aldadıldığını bildirib. Onun sözlərinə görə, Azərbaycan dilini yaxşı bilməməsindən istifadə olunub və 9 saylı Mediasiya təşkilatının (mediator Mehriban Qafarova) tərtib etdiyi barışıq sazişində aldadılaraq azyaşlı övladının atasında qalması barədə razılaşmanı imzalayıb.

Fidan Həsənova bildirib ki, məsələ ilə bağlı Xətai Rayon Məhkəməsi qarşı tərəfin lehinə qərar çıxarıb. Apellyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb. Hazırda şikayət Ali Məhkəmədədir və yekun qərar orada veriləcək.

Məsələnin maraqlı tərəflərindən biri də mediasiyada imzalanan barışıq müqaviləsində anaya aylıq 10 min manat aliment təyin edilməsi ilə bağlıdır. F.Həsənova bu məsələdə də aldadıldığını deyir.

Fidan Həsənova açıqlamasında bildirib ki, imzalanmış müqavilə üzrə Rüfət Badirov ona 3 ay müddətində hər dəfə 10 min manat olmaqla ödəniş edib: “İki ildir ki, bizim mübahisəmiz davam edir. Müqavilə bağlanan vaxtdan uşaq mənimlədir və mənimlə yaşayır. Hazırda məhkəmə prosesinin son mərhələsi gedir. Bu günədək bütün mərhələləri mən uduzmuşam, lakin övladımın mənə verilməməsi ilə bağlı heç bir tutarlı əsas yoxdur. Sadəcə mediasiyada məni aldadaraq imzalatdırdıqları müqavilə əsas götürülərək uşaq ataya verilir. Halbuki mənim hüququm var ki, müraciət edərək həmin müqaviləni ləğv etdirim”.

Şikayətçinin sözlərinə görə, bir il yarımdan çoxdur imzalanmış müqavilə üzrə ona ödənilməli olan aylıq 10 min manatlıq alimenti ala bilmir və bununla bağlı da Xətai Rayon Məhkəməsinə müraciət edib: “Lakin məhkəmədə qaldırdığım mülki iddia heç icraata qəbul edilməyərək rədd edildi”.

Rüfət Badirov isə məsələnin hüquqi müstəvidə həll olunacağını və hazırda məhkəmə prosesinin davam etdiyini söyləyib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Bu gün, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Bu gün, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Bu gün, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Bu gün, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Bu gün, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Bu gün, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Bu gün, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Bu gün, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Bu gün, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Bu gün, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Bu gün, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Bu gün, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Bu gün, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Bu gün, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Bu gün, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Bu gün, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Bu gün, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Bu gün, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Bu gün, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından altı il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Cəmiyyət
Dünən, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Oxşar xəbərlər