Cari ilin mart ayında Xocalı rayonundakı Fərrux yüksəkliyində aşkar edilmiş meyit qalıqlarının azərbaycanlılara aid olması müəyyənləşdirilib. Bu barədə aprelin 21-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Məzarların üzərində qəbirüstü abidə və ya tanınma lövhəsinin olmadığı, həmçinin bu qalıqların antropoloji xüsusiyyətlərinə görə Azərbaycan türklərinin daxil olduğu avropoid irqinin Kaspi yarımtipinə aid olması müəyyən edilib.
Erməni tərəfinin iddiasının ziddinə olaraq meyitlər xristian ənənəsi ilə dəfn edilməmiş, sıralama üzrə deyil, xaotik şəkildə basdırılmışdır. Bundan başqa, meyit qalıqlarının üzərində zorakılıq əlamətləri və küt alətlərlə endirilmiş zərbə izləri aşkar edilib.
Həmçinin məzarlıqdan çoxsaylı gilizlərin tapılması onların Birinci Qarabağ müharibəsində qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aid olduğunu sübuta yetirir.