Füzulidə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 13 sentyabr tarixində APA məlumat verib.
Həsənov Şaiq Hiday oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Qayıdış-5 qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarındakı ağaca çarpıb.
Nəticədə Şaiq Həsənov və avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Məmmədov Fizuli Cehun oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Avtomobildə olan digər sərnişinlər - 2003-cü il təvəllüdlü Məmmədov Abid Elşən oğlu, 2002-ci il təvəllüdlü Zamanov Rəhim Arzuman oğlu, 2001-ci il təvəllüdlü Aslanov Cavanşir Rauf oğlu, 2002-ci il təvəllüdlü Əhmədov Rövşən Xaləddin oğlu və 2000-ci il təvəllüdlü Quliyev Elnur İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.