Füzulidə sərhədçilər 8 kq-dan artıq narkotik aşkarlayıblar. Bu barədə aprelin 19-da Dövlət Sərhəd Xidməti məlumat verib.
“Horadiz” sərhəd dəstəsinin rayonun Böyük-Bəhmənli kəndi yaxınlığında sərhədboyu zolağa baxış keçirilərkən kolluqların arasında 1 ədəd ağ rəngli bağlama aşkarlanıb.
Bağlamanın içərisindən çəkisi 8 kiloqram 200 qram narkotik vasitə (6 kiloqram 500 qram marixuana, 1 kiloqram heroin), psixotrop tərkibli 780 ədəd metadon aşkarlanaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.