Dekabrın 19-da universitetlərə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanı keçiriləcək. Qeydiyyat 9 dekabr saat 23:59-dək aparılacaq. Bu haqda Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Şəki, Mingəçevir, Bərdə, Göyçay, Füzuli, Şirvan, Xaçmaz, Lənkəran şəhərlərində baş tutacaq. Dekabrın 26-da keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəranda olacaq.
Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq nəticələr ən tezi 2 həftədən sonra elan olunacaq. Maksimum nəticə 400 bal təşkil edəcək.
Sınaq imtahanında iştirak etmək üçün abituriyentlər DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər.