Bugün, dekabr ayının 4-də “Günəşli” neft yatağının cənub bölməsində baş vermiş yanğından 6 il ötür. Yanğın nəticəsində 16 nəfər həlak olmuş, 17 nəfər isə itkin düşmüşdür. Hadisədən zərər çəkənlərin ümumi sayı 63 nəfər təşkil etmişdir.
Yanğın 17ː40 radələrində başlamışdır. Səbəb kimi nəhəng dalğaların sualtı qaz xəttinin dayaq borusunu qırması göstərilmişdir.
Hadisə ilə əlaqədar olaraq Azərbaycanda 6 dekabr tarixi matəm günü elan edilmişdir.