Gəncədə anasını öldürməkdə təqsirləndirilən şəxsin işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə dekabrın 30-da Report məlumat verib.
Məlumata əsasən, məhkəmənin hazırlıq iclası 2022-ci ilin 12 yanvar tarixində keçiriləcək.
Cari ilin iyul ayında Gəncədə 41 yaşlı Məhsəti qəsəbə sakini döyərək 64 yaşlı anasına xəsarət yetirib. Bir neçə gün sonra isə qadın dünyasını dəyişib.
Hadisə ilə bağlı “qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb.