Gəncənin Eminbəyli küçəsində dekabrın 5-də yol qəzası baş verib. Nəticədə 2 yeniyetmə dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb. Qəza barədə APA məlumat paylaşıb.
Məlumata əsasən, "Mercedes" markalı avtomobilin 16 yaşlı sürücüsü yol kənarında 13 yaşlı qızı vurub. Daha sonra məktəbli idarəetməni itirərək ağaca çırpılıb. Qəza nəticəsində sürücü və piyada dünyasını dəyişib.
Həmçinin daha 3 nəfər xəsarət alıb.
Azərbaycanda həftəsonu, dekabrın 4-də və 5-də 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb. Bu barədə DİN məlumat verib.