Gəncə şəhərində şəhid ailələri və müharibə əlillərinə 80 mənzil təqdim edilib. Bu barədə 30 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında məlumat verilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, bu il mənzillə təminat proqramı 3 il əvvələ nisbətən 5 dəfə genişlənib.
Bugünədək 12 100-dən çox şəhid ailəsi və müharibə əlilinə Nazirlik tərəfindən mənzil və fərdi ev təqdim edilib.
[URIS id=20496]