Gürcüstanda Azərbaycanın şimal-qərb bölgəsinə gedən tranzit dəhlizinin bir hissəsinin tikintisinə başlanılıb. Bu barədə dekabrın 14-də Gürcüstan Avtomobil Yolları Departamenti xəbər yayıb.
Yeni tikiləcək Tbilisi-Saqareco avtomobil yolu Gürcüstanın paytaxtını Kaxetiya regionu ilə birləşdirəcək.
“Yeni yolun tikintisi yol hərəkətinin təhlükəsizliyini artıracaq və gediş vaxtını azaldacaq”, - deyə məlumatda qeyd olunub.