Gürcüstanda Azərbaycan vətəndaşı narkotikə görə saxlanılıb. Bu barədə dekabrın 22-də Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Saxlanılan 1998-ci il təvəllüdlü Azərbaycanlıdan başqa 11 nəfər də saxlanılıb. Onlar qanunsuz olaraq külli miqdarda narkotik maddə alıb saxlamaqda, Gürcüstana qaçaqmalçılıq yolu ilə keçirməkdə və buna cəhddə ittiham olunurlar.
Bu ay ərzində beş kiloqramdan artıq heroin və iki kiloqram kokain müsadirə edilib.