Gürcüstandan Azərbaycana idxal edilən 90 ton kartof geri qaytarılıb. Bu haqda 30 noyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Buna səbəb "ZE-DENT" MMC tərəfindən idxal olunan məhsulda karantin tətbiq edilən orqanizmin aşkar edilməsidir.