Gəncədə sel ciddi fəsadlar törədib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 29 iyul tarixində xəbər verir.
Alternativ yol kimi istifadə olunan üst yolda torpaq sürüşməsi baş verib və asfalt qatının bir hissəsi çöküb.
Yolun altından keçən suötürücüdən həddən artıq su keçməsi nəticəsində boru ilə asfalt qatı arasındakı torpaq yuyularaq aşınıb.
Körpünün altına sel suları yığılan əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Suyun çəkilməsinə başlanılıb.