Gəncənin Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbində 9-cu sinif şagirdi digər məktəblini yaralayıb. Bu barədə APA aprelin 19-da məlumat verib.
İlkin məlumata əsasən, məktəbli qız sinif yoldaşının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib.
Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma davam edir.