Gəncədə qanunsuz silah əldə edib saxlayan və üzərində narkotik olan şəxslər saxlanılıb. Bu barədə mayın 4-də Daxili İşlər Nazirliyindən Trend-ə məlumat verilib.
İlk əməliyyat nəticəsində Arif Fərəcov saxlanılıb. Onun evindən “Makarov” tipli tapança və patronlar götürülüb.
Digər əməliyyat nəticəsində şəhər sakini İbrahim Fuladi saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman “Kalaşnikov” markalı avtomat, həmin silaha aid daraq və patronlar aşkar edilib.
Bundan başqa, narkotik əldə edib saxlamaqda şübhəli bilinən İrakli Feyzullayevdən çəkisi 2 kiloqramdan çox marixuana aşkar edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.