Gəncədə sinif yoldaşı tərəfindən xəsarət alan qızın vəziyyəti kritik deyil. Bu haqda aprelin 19-da APA Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyevə istinadən məlumat paylaşıb.
Zərərçəkmiş 3 gün ərzində xəstəxanada həkimlərin nəzarəti altında olacaq.
Bu gün Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbin dəhlizində 9-cu sinif şagirdi sinif yoldaşını boynundan və kürəyindən bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil.
Məlumata görə, şagirdlər arasında bundan öncə də konflikt olub.
Faktla bağlı araşdırma davam edir.