Bu gün, iyulun 2-də Gəncə şəhərində Azərbaycan Polisi Günü qeyd olunub. Bu barədə İnsanoid bu gün, 2 iyul tarixində xəbər verir.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev, Gəncə Şəhər Prokuroru Azad Qarayev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gəncə şəhər idarəsinin rəisi Rəşad İsrafilzadə və Gəncə Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti iştirak ediblər.
İştirakçılar ulu öndər Heydər Əliyevin Gəncənin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq Sərəncamına əsasən, bir qrup polis əməkdaşı 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə “Fəxri Fərman”la təltif olunub.
Sonda xatirə şəkli çəkdirilib.