Gəncədə məktəblinin bıçaqlanması ilə bağlı “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsilə cinayət işi başlanılıb. Bu haqda aprelin 21-də Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin barəsində yetkinlik yaşına çatmayanın nəzarət altına verilməsi qətimkan tədbiri seçilib. Bildirilib ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, hadisə Gəncənin Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbində baş verib. 9-cu sinif şagirdi digər məktəblinin boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib.