Gəncədə toy karvanında avtoxuliqanlıq edərək vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıb. Bu haqda aprelin 18-də Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Belə ki, bir qrup gənc dövlət qeydiyyat nişanı olmadan, səs siqnallarından və qadağan edilmiş sayrışan işıqlardan istifadə ediblər. Onlar yol hərəkəti qaydalarını kobud şəkildə pozublar və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşıblar.
Qeyd edilib ki, sürücülərin arasında Vətən müharibəsi qaziləri də var idi. Həmin şəxslər barəsində müvafiq maddələrlə inzibati protokol tərtib edilib.