Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilib. Bu barədə 2 avqust tarixində Report məlumat verib.
Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənov tutduğu vəzifədən azad olunub.
Məlumata görə, Ş.Həsənov işdən azad olunana qədər icra başçısının müavini – İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini tuturdu.
Onun yerinə hələ ki yeni təyinat həyata keçirilməyib.