Goranboyda minik avtomobili traktorla toqquşub. Bu barədə İnsanoid bu gün, 18 sentyabr tarixində Report-a istinadən xəbər verir.
Hadisə rayonun Tatarlı kəndində baş verib. "VAZ-2107" markalı minik avtomobili traktorla toqquşub. Nəticədə 50 yaşlı Təyübə Ələsgərova, 31 yaşlı Toğrul Ələsgərov, 22 yaşlı Arzu Ələsgərova, 3 yaşlı Aylin Ələsgərli, 24 yaşlı Aytac Babayeva, 28 yaşlı Zeynalabdin Ələsgərov və daha 1 nəfər xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.