Goranboy rayonunda oktyabrın 17-si yol qəzası baş verib. Bu barədə 18 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Hadisə rayonun Veyisli qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakinləri Mais Bağırovun idarə etdiyi “Daewoo” və C.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə M.Bağırov hadisə yerində ölüb, digər sürücü və 4 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.