Güclü leysandan sonra Qəbələyə sel gəlib. Bu barədə İnsanod APA-ya istinadən bu gün, 25 iyul tarixində xəbər verir.
Ötən gecə yağan leysan yağışları nəticəsində Qəbələnin Tikanlı, Abrıx və digər dağətəyi kəndlərində sel nəticəsində yollara ciddi ziyan dəyib. Bağları və şəxsi təsərrüfatları sel basıb.
Yaranan fəsadları aradan qaldırmaq üçün əraziyə agır texnikalar cəlb olunub.
Çaylarda suyun səviyyəsi hələ də yüksəkdir.