Gürcüstandan yük avtomobilində Azərbaycana siqaret gətirilməsinin qarşısı alınıb. Bu barədə mayın 5-də Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn yük nəqliyyat vasitəsi saxlanılıb.
Gömrük baxışı zamanı avtomobilin salonunda, yatağın içərisində və yataq yerinin altında 6 400 ədəd “Parlament” və 12 200 ədəd “Marlboro” markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.