Dekabrın 25-26-da Azərbaycanda 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər dünyasını dəyişib, 5 nəfər isə xəsarət alıb. Bu barədə dekabrın 27-də Daxili İşlər Nazirliyi məlumat verib.
Həmçinin məlumata əsasən, törədilmiş 62 cinayətin üstü açılıb. Axtarışda olan 60 nəfər saxlanılıb. Narkotiklərlə bağlı 22, qanunsuz saxlanılan silah-sursatla əlaqəli 15 fakt müəyyən edilib.