Türkyənin İsparta şəhərində təşkil olunan “Komando hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən hərbçilərimiz Azərbaycana geri qayıdıblar. Bu barədə 27 dekabr tarixində Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Kurs iki ölkə arasında imzalanan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində keçirilib.
Təşkil olunan təlimin məqsədi Əməliyyat bölmələrinin döyüş qabiliyyətini və şəxsi heyətin peşəkarlıq səviyyəsini daha da yüksəltməkdir.