Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramil Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Bu barədə yanvarın 3-də Report məlumat verib.
Məhkəmənin baxış iclası yanvarın 12-də baş tutacaq.
Hadisə Binəqədi rayonunda ötən ilin 15 oktyabr tarixində saat 09:00 radələrində baş verib. 40 yaşlı Ramil Səfərov özündən üç yaş kiçik həyat yoldaşı Sahilə Cəfərovaya aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.
Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.