top
“Ha gəlin geyax Şəkiyə”: qədim şəhərimizin gəzməli yerləri - FOTOREPORTAJ
30 may 2022, 23:45
- ↺ +

“Ha gəlin geyax Şəkiyə”: qədim şəhərimizin gəzməli yerləri - FOTOREPORTAJ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnsanoid Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkiyə səyahət edib və şəhərin gəzməli-görməli yerləri haqda fotoreportaj hazırlayıb.

Şəhərə gələn hər bir turistin ilk növbədə getdiyi yer “Xan Sarayı”dır. İnşa tarixi 1762-ci ilə təsadüf edən dünya əhəmiyyətli bu abidənin həyətinə giriş ödənişsizdir. Sarayın içinə ekskursiya isə ödənişlidir: yerli vətəndaşlar üçün 2 manat, xarici qonaqlar üçün 5 manat, tələbələr üçün 1 manat. 18 yaşına qədər olan uşaqlar, Milli Qəhrəmanlar, I və II qrup əlillər, müharibə veteranları üçün giriş sərbəstdir.

[gallery link="file" size="full" ids="50433,50803,50435"]

Şəkinin zəngin maddi və mənəvi irsini özündə birləşdirən digər məkan “Yuxarı Karvansaray”dır. 18-ci əsrə aid bu tarixi abidə həm də hotel və restoran kimi də fəaliyyət göstərir.

[gallery link="file" columns="2" size="full" ids="50436,50437,50438,50439"]

Turistlərin marağına səbəb olan digər yer isə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzidir. Tikintisi 19-cu əsrə aid bina əvvəllər kazarma kimi istifadə olunub. 2018-ci ildən etibarən isə burada rəssam-keramistlərin və digər yaradıcı insanların əl işləri nümayiş edilir və onların satışı təşkil olunur.

[gallery link="file" size="full" ids="50440,50441,50442,50443,50444,50445"]

Eyni zamanda, buraya gələn hər bir kəs Şəki Sənətkarlar Evini də ziyarət edə bilər. Buradan rəngarəng əl işləri əldə etmək olar.

[gallery link="file" size="full" ids="50446,50448,50449"]

Digər maraqlı tarixi məkan “Dairəvi məbəd” ola bilər. Bura da ölkə əhəmiyyətli memarlıq abidəsi sayılır. Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir. Muzey hər gün fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək işləyir.

[gallery link="file" columns="1" size="full" ids="50452"]

Təbii ki, Şəkini ziyarət edib şirniyyatsız geri qayıtmaq mümkün deyil. Şəhərdə bir çox şirniyyat dükanları var və onlardan biri “Halvaçı Yəhya”dır. Burada halva, bamiyə, mindal, nuqa, tel halva kimi müxtəlif məhsullar almaq mümkündür. Fındıqlı Şəki halvasının bir kiloqramının qiyməti 9, qozla olanının isə 12 manatdır. Uzun, sadə bamiyələrin yarım kilosu 2,5, xırda, südlülərin isə 3,5 manatdır.

[gallery link="file" size="full" ids="50453,50455,50456"]

Şəki şəhəri paytaxtdan şimal-qərb istiqamətində 244 kilometr məsafədə yerləşir. Avtomobillə şəhərə təxminən 4 saata çatmaq olar.

Son xəbərlər

Yerli xəbərlər
Dünən, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Dünən, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Dünən, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Dünən, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Dünən, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Dünən, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Dünən, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
09 noyabr 2026, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
09 noyabr 2026, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
09 noyabr 2026, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
09 noyabr 2026, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
09 noyabr 2026, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
09 noyabr 2026, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
09 noyabr 2026, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
09 noyabr 2026, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
09 noyabr 2026, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
09 noyabr 2026, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
09 noyabr 2026, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
09 noyabr 2026, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
09 noyabr 2026, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
09 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
09 noyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər