Dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni hərbi hissə açılıb. Bu barədə Azərtac məlumat yayıb.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak ediblər.
Dövlət başçısı hərbi hissəyə döyüş bayrağını təqdim edib və təlim mərkəzi ilə tanış olub.