Azərbaycan vətəndaşı Boris Nəcəfov Cəbəllütariq boğazını üzərək keçib. Bu barədə İnsanoid Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 7 sentyabr tarixində xəbər verir.
İdmançımız sentyabrın 5-də ümumilikdə 16,2 km məsafəni qət edib.
Həmyerlimiz bildirib ki, Cəbəllüttariq boğazında üzmə zamanı rəqiblər insanlar deyil, külək, dalğalar, soyuq su və Atlantik okeanından gələn güclü axındır:
“Burada üzmək üçün hava şəraitini gözləmək lazımdır”.
B.Nəcəfovun iştirak etdiyi üzmə missiyası Avropanın və İspaniyanın cənub nöqtəsindən - Tarifa şəhərindən başlayır və Afrikada - Mərakeşdə başa çatır.