Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam edir. Bu barədə dekabrın 23-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Hazırda yol boyu 7 tunelin tikintisi aparılır.
Bundan başqa sözügedən avtomobil yolundan ayrılan və “İsa Bulağı”nadək inşa olunacaq tunel üzrə də tikinti işlərinə başlanılıb.
Ümumilikdə inşa olunan tunellərin uzunluğu təqribən 7 668 metr təşkil edir. Tunellər bir hərəkət istiqaməti üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.
81,6 kilometr uzunluğu olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda 7 avtomobil körpüsünün, 11 yeraltı keçidin, 59 suötürücü borunun tikintisi də davam etdirilir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun təməli yanvarın 14-də İlham Əliyevin Füzuli rayonuna səfəri zamanı qoyulub.