top
Hökumə Əliyevanın doğum günündə çəkilən foto müzakirə yaratdı - Atası danışdı
11 avqust 2025, 03:21
- ↺ +

Hökumə Əliyevanın doğum günündə çəkilən foto müzakirə yaratdı - Atası danışdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğraması zamanı şəhid olan Hökumə Əliyevanın anasının sosial şəbəkələrdə yayılan fotosu müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, buna səbəb isə anasının qarşısına üzərində H.Əliyevanın fotosu olan tortun qoyulmasıdır.

Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid edilib. Qeyd olunub ki, tortun üzərinə şəhidin fotosunun yerləşdirilməsi onun ruhuna, eləcə də ailəsinə hörmətsizlikdir.

Fotonun 8 avqustda H.Əliyevanın ev muzeyinin açılışı zamanı çəkildiyi bildirilib. Sözügedən fotoda şəhidin anasının arxa tərəfində AZAL əməkdaşlarının dayandığı görünür. Buna görə də, AZAL tənqidlərin hədəfi olub.

AZAL-dan bildirilib ki, sözügedən tədbirin təşkilatçısı AZAL deyil, tortu onlar sifariş verməyib və qurum dəvət edilmiş heyətlə yalnız qonaq qismində iştirak edib.

Hökumə Əliyevanın atası Cəlil Əliyev Ölkə.Az-a açıqlamasında sözügedən tortu özlərinin sifariş etdiyini söyləyib.

Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-i Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından beş il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Cəmiyyət
Dünən, 16:04

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

Siyasət
Dünən, 16:02

Hikmət Hacıyev: "İrana hücum edəcək İsrail qüvvələrinin ölkəmizdə olması ilə bağlı CNN-in xəbəri yalan idi"

Siyasət
Dünən, 15:36

Hikmət Hacıyev: "Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir"

Cəmiyyət
Dünən, 14:09

Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Cəmiyyət
Dünən, 14:04

Ceyhun Bayramov: "Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır"

Cəmiyyət
Dünən, 13:50

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Cəmiyyət
Dünən, 13:40

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Cəmiyyət
Dünən, 13:05

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib

İdman
Dünən, 13:01

"Qızıl top"-2026: Keyn Mbappe və Yamala qarşı – dünyanın ən yaxşı futbolçusu kim olacaq?

Cəmiyyət
Dünən, 12:54

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Siyasət
Dünən, 12:16

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Siyasət
Dünən, 11:25

Prezident İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Cəmiyyət
Dünən, 11:07

Azərbaycanlı məmur Everestə qalxıb

Cəmiyyət
Dünən, 10:53

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır

Cəmiyyət
Dünən, 09:57

Vuçiç parlament seçkilərində tələbə hərəkatına məğlub olduğunu etiraf etdi

Cəmiyyət
Dünən, 09:52

Böyük Britaniyada fırtına nəticəsində iki nəfər ölüb, 90 min ev elektriksiz qalıb

Cəmiyyət
Dünən, 09:49

Fransada yüz minlərlə insan küçələrə çıxdı: 1314 nəfər saxlanıldı, yeni ümummilli tətil hazırlanır

Cəmiyyət
Dünən, 09:36

Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq

Kriminal
Dünən, 09:35

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 26 oktyabr

Siyasət
25 oktyabr 2026, 18:22

Ərdoğanın baş müşaviri Oqtay Saral istefa verir? Türkiyə mediasında yeni iddia

Cəmiyyət
25 oktyabr 2026, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Oxşar xəbərlər